Dövlət İmtahan Mərkəzi

10 may 2024-cü il tarixində bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları ilə bağlı ekspertlərlə görüş keçirilib

10 May 2024 04:40

Görüşdə DİM-in əməkdaşı Elşən Rəhimli və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Fəzilə Ağayeva ixtisaslar və meyarlar, imtahanın strukturu və imtahan prosesi haqqında məlumat veriblər. Görüşdə iştirak edən ekspertlərin sualları əməkdaşlar tərəfindən cavablandırılıb və imtahan zamanı yarana biləcək hallarla bağlı müzakirə aparılıb, eyni zamanda ekspertlərin təqdim etdikləri təkliflər qeydə alınıb.

Təlim zamanı DİM ilə Gənclər və İdman Nazirliyi arasındakı birgə əməkdaşlığa toxunulub, eləcə də bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanlarına dair görüləcək maarifləndirici tədbirlər barədə danışılıb. İmtahanların ən uğurlu beynəlxalq təcrübə əsasında, validliyin təmin edilərək keçirilməsi üçün əsas məqamlar vurğulanıb.

Abituriyentlər bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları ilə bağlı məlumatları yaxın tarixlərdə çap olunacaq “Abituriyent” jurnalının xüsusi buraxılışından əldə edə bilərlər.