Dövlət İmtahan Mərkəzi
10 oktyabr 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində Azərbaycan dili, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili və informatika fənləri üzrə işçi qruplarının iclasları keçirilib
10 Oktyabr 2022 04:54
Azərbaycan dili, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili fənləri üzrə iclasların gündəlik məsələsi ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün proqramların, informatika fənni üzrə gündəlik məsələ isə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi olub.
Müzakirələrdən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərə baxılıb və həmin dərsliklərin 2022-ci il nəşrləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilərək fərqlər müəyyən olunub.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.
17 oktyabr 2022-ci il tarixində müzakirələr davam etdiriləcək.
