Dövlət İmtahan Mərkəzi
10 oktyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun iclası keçirilib
10 Oktyabr 2023 03:31
İclasda qəbul imtahanı modelinə uyğun I və IV ixtisas qrupları üzrə sınaq imtahanları üçün kimya fənnindən hazırlanmış tapşırıqların müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.
Müzakirə nəticəsində I və IV ixtisas qrupları üzrə kimya fənnindən qəbul imtahanı modelinə uyğun sınaq imtahanları üçün variantlar formalaşdırılıb.
İşçi qrupunun növbəti iclası 17 oktyabr 2023-cü il tarixində olacaq.
