Dövlət İmtahan Mərkəzi

10 və 13 iyunda DİM-də ali təhsil müəssisələrinin magistraturalarının ixtisas seçiminə buraxılan bakalavrlar haqqında tam olmayan təhsil məlumatlarının “Tələbə-məzun” bazasına daxil edilməsi məqsədilə ali məktəb nümayəndələri üçün təlim keçirilib

13 İyun 2022 01:42

41 ali təhsil müəssisəsinin nümayəndələrinin iştirak etdiyi təlimdə müvafiq əmr əsasında təyin olunmuş əməkdaşlara portala giriş parolları təhvil verilib, imtahanların təşkili və idarəedilməsi departamentinin əməkdaşları tərəfindən sistemdən istifadə qaydaları ətraflı izah edilərək suallar cavablandırılıb.

Qeyd edək ki, 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına imtahan verib müsabiqə şərtini ödəyən və ixtisas seçimi mərhələsinə buraxılan bakalavrlar haqqında tam olmayan təhsil məlumatlarının məzun olduqları təhsil müəssisələri tərəfindən sistemə daxil edilməsi prosesi 22 iyun 2022-c il tarixinədək davam edəcək.