Dövlət İmtahan Mərkəzi
11 mart 2026-cı il tarixində DİM-in İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov vətəndaş qəbulu həyata keçirib
11 Mart 2026 11:15
Görüşdə ehtiyat kadrlar siyahısından analoji vakant vəzifəyə təyin edilməsinə köməklik göstərilməsi ilə bağlı 2 vətəndaşın müraciətinə baxılıb.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, habelə qeyd olunan məsələnin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölməsinə müvafiq tapşırıq verilib.
