Dövlət İmtahan Mərkəzi

11 oktyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində fizika, rus dili və rus dili (xarici dil) fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib

12 Oktyabr 2023 02:33

İclaslarda buraxılış və qəbul imtahanlarının modellərinə uyğun sınaq imtahanları üçün hazırlanmış tapşırıqların müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.

Müzakirələr nəticəsində buraxılış və qəbul imtahanlarının modellərinə uyğun sınaq imtahanları üçün variantlar formalaşdırılıb.

İşçi qruplarının növbəti iclasları 18 oktyabr 2023-cü il tarixində olacaq.