Dövlət İmtahan Mərkəzi
12 mart 2024-cü il tarixində DİM-in Direktorlar Şurası sədrinin müavini Bəhrəm Xəlilov vətəndaş qəbulu həyata keçirib
11 Mart 2024 23:53
Görüşdə dövlət qulluğuna qəbul, dövlət qulluğunda ehtiyat kadrlar siyahısından analoji vakant vəzifəyə təyin edilməsinə köməklik göstərilməsi ilə bağlı iki vətəndaşın müraciətinə baxılıb.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, habelə qeyd olunan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
