Dövlət İmtahan Mərkəzi

13 aprel 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində “LANDAU School” Tədris Kompleksinin nümayəndələri ilə görüş keçirilib

13 Aprel 2023 03:22

Görüşdə Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva, “Abituriyent” jurnalının baş redaktoru Məhərrəm Bədəlov, “LANDAU School” Tədris Kompleksinin Müşahidə Şurasının və İdarə Heyətinin üzvü Rəşad Tağıyev və Tədris Kompleksinin layihə analitiki Vüsalə Əliyeva iştirak edib.

Görüş DİM ilə “LANDAU School” Tədris Kompleksinin birgə əməkdaşlığı çərçivəsində nəzərdə tutulan yeni layihənin müzakirəsinə həsr olunub. Layihəyə əsasən imtahan fənləri üzrə hazırlanmış vəsaitlərin sifarişi və bəzi vəsaitlərin ingilis dilinə tərcümə edilməsi nəzərdə tutulur.