Dövlət İmtahan Mərkəzi

13 oktyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə elmi-metodik seminar keçirilib

13 Oktyabr 2026 16:19

Seminarda aşağıdakı gündəlik məsələlər müzakirə olunub:

1. Seminarın iş planının təsdiqi;

2. I (RK altqrupu) və IV ixtisas qrupları üçün qəbul imtahanı proqramının müzakirəsi.

Seminarda orta ümumtəhsil və  ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və  Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutların müvafiq fənn üzrə mütəxəssisləri iştirak ediblər.  

Seminarda Afiqə Batıyeva gündəlik məsələlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu müzakirələr nəticəsində proqramlar təsdiq edildikdən sonra “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc olunacaq.

Daha sonra seminar rəhbəri k.ü.f.d. Elşad Abdullayev imtahan proqramını müzakirəyə təqdim edib. Proqramın ümumi kimyaya aid olan hissəsi müzakirə olunub. Müzakirələr nəticəsində iştirakçılar tərəfindən qeyd edilən təkliflər nəzərə alınaraq müəyyən redaktə xarakterli düzəlişlər edilib.

Sonda seminar iştirakçılarının proqram haqqında sualları cavablandırılıb.

Növbəti həftə müzakirələr davam etdiriləcək.