Dövlət İmtahan Mərkəzi

13 və 20 noyabr tarixlərində keçirilən test imtahanlarından müvəffəqiyyətlə keçən şəxslərin şəhadətnamələrinin verilməsinə başlanılıb

10 Dekabr 2025 11:14

Dövlət İmtahan Mərkəzi tərəfindən 13 noyabr 2025-ci il və  20 noyabr 2025-ci il tarixlərdə avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş test imtahanlarında uğur qazanmış şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küç. 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan  əldə edə bilərlər.

Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün info@dim.gov.az elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.