Dövlət İmtahan Mərkəzi

14 – 15 iyul tarixlərində Təsviri sənət istiqamətinə aid 10, 11, 12-ci qabiliyyət imtahanı komissiyaları üzrə abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərinə baxılacaq

13 İyul 2025 13:13

9 – 12 iyul 2025-ci il tarixlərində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında  keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya komissiyası təşkil ediləcək. Apellyasiya komissiyası 14 – 15 iyul  2025-ci il tarixlərində saat 09:00-dan 14:00-dək fəaliyyət göstərəcək.

 Tarix

 Komissiyanın nömrəsi

 Fənn

 Ünvan

14.07.2025

10-rəngkarlıq

12-heykəltaraşlıq

rəsm

Azərbaycan Dövlət Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24

15.07.2025

11-qrafika

rəsm

Azərbaycan Dövlət Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli  və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.