Dövlət İmtahan Mərkəzi

15 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsini (birinci cəhd) keçirib

15 May 2022 02:41

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçirilib. 

İmtahanların keçirilməsi üçün ümumilikdə 6 imtahan binası, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 109 nəzarətçi-müəllim, 13 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 3 gün ərzində elan olunacaq.