Dövlət İmtahan Mərkəzi
16 dekabrda keçirilən test imtahanından müvəffəqiyyətlə keçən şəxslərin sertifikatlarının verilməsinə başlanılıb
15 Yanvar 2025 16:15
16 dekabr 2024-cü il tarixdə avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanında uğur qazanmış şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küç., 50 ünvanında yerləşən korpusundan əldə edə bilərlər.
Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyən şəxslər info@dim.gov.az elektron poçt ünvanına şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə etməklə müraciət göndərməlidirlər.
