Dövlət İmtahan Mərkəzi

16 fevral 2023-cü il tarixində biologiya, tarix və riyaziyyat fənləri üzrə hazırlıq kurslarının ilk məşğələləri keçirilib

16 Fevral 2023 04:59

Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə qəbul imtahanlarında, riyaziyyat fənnindən isə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ilk məşğələləri keçirilib.

Hazırlıq kursları həm əyani, həm də onlayn ­­formada keçirilib.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Moderatorlar – biologiya fənni üzrə Nailə Əliyeva, tarix fənni üzrə Hafiz Cabbarov, riyaziyyat fənni üzrə isə Aqşin Abdullayev müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimatlar ediblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kurslarının ikinci məşğələləri növbəti həftə keçiriləcək.