Dövlət İmtahan Mərkəzi

16 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsini (ikinci cəhd) keçirib

16 İyul 2023 02:09

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilib. 

İmtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 96 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılıb.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.