Dövlət İmtahan Mərkəzi
16 yanvar 2024-cü il tarixində DİM-in Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov vətəndaş qəbulu həyata keçirib
16 Yanvar 2024 02:20
Görüşdə dövlət qulluğuna qəbul, dövlət qulluğunda ehtiyat kadrlar siyahısından analoji vakant vəzifəyə təyinat və dövlət qulluğu stajı ilə bağlı 3 vətəndaşın müraciətinə baxılıb.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, habelə qeyd olunan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
