Dövlət İmtahan Mərkəzi

19-23 may 2025-ci il tarixlərində fənlər üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib

23 May 2025 16:39

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Bakı şəhərindən qeydiyyatdan keçənlər üçün hazırlıq kursları DİM-in əsas binasında    əyani (Akademik Həsən Əliyev küçəsi 299), bölgələrdən qeydiyyatdan keçənlər üçün isə onlayn formatda keçirilib.

Hazırlıq kurslarında gündəlik məsələ, ev tapşırığı kimi  iştirakçılar tərəfindən buraxılış və qəbul imtahanlarının modelinə uyğun hazırlamış tapşırıqların (qapalı, cavabı kodlaşdırılan açıq tipli və cavabı yazı ilə ifadə olunan tapşırıqlar) müzakirəsi olub.

Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, tarix fənni üzrə Hafiz Cabbarov və ingilis dili fənni üzrə Nərminə Əliyeva ev tapşırıqlarının müzakirəsini həyata keçiriblər.

Müzakirələr nəticəsində tapşırıqların tərtibi ilə bağlı təkliflər verilib, düzəlişlər aparılıb.

Hazırlıq kursları növbəti həftə davam etdiriləcəkdir.