Dövlət İmtahan Mərkəzi

2021-ci il fevralın 11-də DİM əməkdaşları tərəfindən qabiliyyət imtahanlarına cəlb ediləcək ekspertlərin reyestri– Qabiliyyət İnformasiya Sistemi (QABİS) ilə bağlı növbəti treninq keçirilib

12 Fevral 2021 01:40

Onlayn treninqdə orta ixtisas təhsili müəssisəsinin nümayəndələri iştirak ediblər. İştirakçılara QABİS haqqında məlumat verilib, ümumilikdə 50-yə yaxın ali və orta ixtisas təhsili müəssisəsini özündə birləşdirən QABİS-in xüsusi qabiliyyət imtahanlarının daha təkmil həyata keçirilməsində gələcək rolu vurğulanıb.

QABİS-in yaradılmasında məqsəd peşəkar müəllimlərin imtahanlara cəlb edilməsinin genişləndirilməsi və  kadr hazırlığını həyata keçirən təhsil müəssisələri ilə daha sıx əməkdaşlıq etməkdir. Onlayn treninqdə orta-ixtisas təhsili müəssisəsi tərəfindən təyin edilmiş məsul katiblərə QABİS-də necə işləmək haqqında ətraflı məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.