Dövlət İmtahan Mərkəzi

2022-ci il iyulun 9-da Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

12 İyul 2022 21:02

İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

İmtahanda 1 əcnəbi olmaqla, ümumilikdə 20 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 

Növbəti TOEFL iBT imtahanının 23 iyul 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/