Dövlət İmtahan Mərkəzi

2023-cü il dekabrın 20-də DİM Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirib

20 Dekabr 2023 01:42

İmtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil edilib.

İmtahanlar başa çatdıqdan dərhal sonra namizədlərə nəticələri haqqında arayış təqdim olunub.

İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 130 nəfərdən 14 nəfər imtahana gəlməyib. 55  və dаhа çох bаl tоplаmış 65 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.