Dövlət İmtahan Mərkəzi

2023-cü il martın 14-də DİM-in Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov vətəndaş qəbulu həyata keçirib

14 Mart 2023 02:11

Görüşdə dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, inzibati vəzifələrin ümumi müsahibə yolu ilə tutulması ilə əlaqədar vətəndaşların müraciətlərinə baxılıb.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan məsələlər yerində həll edilib, eyni zamanda qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.