Dövlət İmtahan Mərkəzi

2026-cı il iyunun 28-də keçiriləcək hakim vəzifəsinə qəbul imtahanında iştirak etməli olan namizədlərin nəzərinə!

19 İyun 2026 11:13

Hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər 27 iyun saat 10:00-dək  aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:

https://exidmet.dim.gov.az/elimt/HakimTest

Test imtahanı 2026-cı il iyunun 28-də saat 10:00-da kompüter vasitəsilə elektron qaydada keçiriləcək. İştirakçılar imtahanın başlanma vaxtına ən az bir saat qalmış buraxılış vərəqi və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.