Dövlət İmtahan Mərkəzi

24 yanvarda keçirilən test imtahanından müvəffəqiyyətlə keçən şəxslərin sertifikatlarının verilməsinə başlanılıb

20 Fevral 2025 15:44

24 yanvar 2025-ci il tarixində taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanında  uğur qazanmış şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küç., 50 ünvanında yerləşən korpusundan  əldə edə bilərlər.

Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyən şəxslər info@dim.gov.az elektron poçt ünvanına şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə etməklə müraciət göndərməlidirlər.