Dövlət İmtahan Mərkəzi

26 fevral 2025-ci il tarixində DİM-in İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov vətəndaş qəbulu həyata keçirib

26 Fevral 2025 15:16

Görüşdə ehtiyat kadrlar siyahısından analoji vakant vəzifəyə təyin edilməsinə köməklik göstərilməsi və dövlət qulluğu stajı ilə bağlı iki vətəndaşın müraciətinə baxılıb. 

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, habelə qeyd olunan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.