Dövlət İmtahan Mərkəzi

26 iyulda Təsviri sənət istiqamətinə aid 10, 11 və 12-ci qabiliyyət imtahanı komissiyaları üzrə apellyasiya müraciətlərinə baxılacaq

25 İyul 2025 16:46

24-25 iyul 2025-ci il tarixlərində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya komissiyası təşkil ediləcək. Apellyasiya komissiyası 26 iyul 2025-ci il tarixində saat 10:00-dan 13:00-dək fəaliyyət göstərəcək.

Tarix

Komissiyanın nömrəsi

Fənn

Ünvan

26.07.2025

10-Rəngkarlıq

11-Qrafika

rəngkarlıq

Azərbaycan Dövlət Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24

26.07.2025

12-heykəltaraşlıq

yapma

Azərbaycan Dövlət Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli  və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.