Dövlət İmtahan Mərkəzi

26 oktyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində tarix və biologiya fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib

26 Oktyabr 2023 21:12

Tarix fənni üzrə iclasda II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları üçün imtahan modelinə uyğun cavabı yazı ilə ifadə edilən mənbə tapşırıqlarının müzakirəsi olub.

Biologiya fənni üzrə iclasda isə IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı üçün imtahan modelinə uyğun cavabı yazı ilə ifadə edilən situasiya tapşırıqlarının müzakirəsi olub.

İclaslarda qeyd olunan məsələlərlə bağlı iştirakçılar fikirlər bildirib və təkliflər veriblər.

İşçi qruplarının növbəti iclasları 2 noyabr 2023-cü il tarixində olacaq.