Dövlət İmtahan Mərkəzi

27 iyun tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda qabiliyyət imtahanında iştirak etməli olan abituriyentlərin (subbakalavrların) nəzərinə!

28 İyun 2026 13:50

İdman istiqamətinin 62-ci (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi və kütləvi sağlamlaşdırıcı idman) komissiyası üzrə 27 iyun 2026-cı il   tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda açıq havada keçirilməsi planlaşdırılan  ümumi fiziki hazırlıq imtahanı əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq  təxirə salınmışdır. Həmin imtahan 7 iyul tarixində Azərbaycan İdman Akademiyasında keçiriləcəkdir.Abituriyentlər imtahana buraxılış vərəqəsini  buradan  çap edə bilərlər.

Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və qabiliyyət imtahanına buraxılış vərəqəsini mütləq gətirməlidirlər. İdman istiqaməti  üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) idman paltarı  və sağlamlıq haqqında tibbi arayış (U086 - peşəyə yararlığı haqqında həkim rəyi hissəsində  “yararlıdır” və ya “sağlamdır” qeydi olmalıdır) gətirməlidir.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.

Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.