Dövlət İmtahan Mərkəzi

27 oktyabr 2023-cü il tarixində coğrafiya fənni üzrə hazırlıq kursunun ikinci məşğələsi keçirilib

29 Oktyabr 2023 21:16

Dövlət İmtahan Mərkəzində coğrafiya fənni üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ikinci məşğələsi keçirilib.

Hazırlıq kursları həm əyani, həm də  onlayn formada keçirilib.

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Moderator Nərminə Seyfullayeva ölkənin təhsil sistemində tətbiq olunan qiymətləndirmə formaları (Beynəlxalq və Milli qiymətləndirmə) haqqında təqdimatla çıxış edib.

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kursunun üçüncü məşğələsi növbəti həftə keçiriləcək.