Dövlət İmtahan Mərkəzi

27 oktyabr və 3 noyabrda keçirilən test imtahanlarından müvəffəqiyyətlə keçən şəxslərin sertifikatlarının verilməsinə başlanılıb

5 Dekabr 2024 09:15

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanlarında uğur qazanaraq sertifikat əldə etmiş aşağıdakı kateqoriyadan olan şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə DİM-in Bakı şəhəri Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan  əldə edə bilərlər:

- 3 noyabr 2024-cü il tarixində dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilmiş test imtahanında iştirak edənlər;

- 27 oktyabr və 3 noyabr 2024-cü il tarixlərində avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə  keçirilmiş test imtahanında  uğur qazanmış şəxslər.

Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün əvvəlcə info@dim.gov.az elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.