Dövlət İmtahan Mərkəzi

29 mart 2023-cü il tarixində fizika fənni üzrə hazırlıq kursunun beşinci məşğələsi keçirilib

30 Mart 2023 04:20

Dövlət İmtahan Mərkəzində fizika fənni üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun beşinci məşğələsi keçirilib.

Hazırlıq kursu həm əyani, həm də onlayn formada keçirilib.

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Moderator Əlövsət Rəcəbli kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçirib.

Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kursunun altıncı məşğələsi 5 aprel 2023-cü il tarixində keçiriləcək.