Dövlət İmtahan Mərkəzi

30 iyul tarixində 61-ci (məşqçilik) komissiyanın Kanoe və Avarçəkmə ixtisası üzrə qabiliyyət imtahanında iştirak etməli olan abituriyentlərin (subbakalavrların) nəzərinə!

30 İyul 2026 16:40

İdman istiqamətinin 6124-cü (Kanoe və avarçəkmə ixtisası) komissiyası üzrə 30 iyul 2026-cı il tarixində açıq havada keçirilməsi planlaşdırılan avarçəkmə imtahanı əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq  5 avqust 2026-cı il  tarixinə  keçirilib. Qeyd edilən komissiya üzrə 31 iyul 2026-cı il tarixində keçiriləcək üzgüçülük imtahanının tarixində hər hansı dəyişiklik nəzərdə tutulmayıb

Abituriyentlər yeni tarix üçün imtahana buraxılış vərəqələrini buradan çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat göstərilir.

Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və qabiliyyət imtahanına buraxılış vərəqəsini mütləq gətirməlidirlər.İdman istiqaməti  üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) müvafiq idman geyimi   və sağlamlıq haqqında tibbi arayış (U086 - peşəyə yararlığı haqqında həkim rəyi hissəsində  “yararlıdır” və ya “sağlamdır” qeydi olmalıdır) gətirməlidir.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.