Dövlət İmtahan Mərkəzi
6 dekabr 2023-cü il tarixində DİM-in Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov vətəndaş qəbulu həyata keçirib
5 Dekabr 2023 23:09
Görüşdə dövlət qulluğunda ehtiyat kadrlar siyahısından analoji vakant vəzifəyə təyin edilməsinə kömək göstərilməsi ilə bağlı bir vətəndaşın müraciətinə baxılıb.
Vətəndaşa müraciəti ilə bağlı ətraflı izahat verilib, habelə qeyd olunan məsələnin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölməsinə müvafiq tapşırıq verilib.
