Dövlət İmtahan Mərkəzi

6 oktyabr tarixində keçirilmiş taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanından müvəffəqiyyətlə keçən şəxslərin nəzərinə!

24 Oktyabr 2024 10:57

6 oktyabr 2024-cü il tarixində taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanında  uğur qazanmış şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küç. 50 ünvanında yerləşən korpusundan  əldə edə bilərlər.

Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyən şəxslər info@dim.gov.az elektron poçt ünvanına şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə etməklə müraciət göndərməlidirlər.