Dövlət İmtahan Mərkəzi

“Abituriyent Məsləhət Mərkəzləri” avqustun 19-da – şənbə günü də fəaliyyət göstərəcəklər

18 Avqust 2023 04:53

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir. Abituriyent və valideynlər tərəfindən daxil olan müraciətlər nəzərə alınaraq onlara ixtisas seçimi ilə bağlı kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri” 19 avqust tarixində – şənbə günü də fəaliyyət göstərəcəklər.

Abituriyent Məsləhət Mərkəzləri” saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə Memarlıq və İnşaat, Odlar Yurdu, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes və Bakı Avrasiya Universitetlərində, Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərirlər.

Məsləhət mərkəzlərində ödənişsiz əsaslarla xidmət göstərilir.