Dövlət İmtahan Mərkəzi

ADA Universiteti uyğun kənd təsərrüfatı yönümlü ixtisasları bitirən subbakalavrların “Heyvandarlıq” ixtisasına qəbul imkanını təklif edir

12 Avqust 2026 11:12

ADA Universiteti uyğun kənd təsərrüfatı yönümlü ixtisasları bitirən subbakalavrın ali təhsilə çıxış imkanlarının genişləndirilməsi məqsədilə universitetin “Heyvandarlıq” (Animal Science) bakalavriatura proqramına aşağıdakı meyarlara uyğun qəbul təklif edir:

  • Müvafiq ixtisas uyğunluğu;
  • Subbakalavr diplomu üzrə ortalama göstəricinin minimum 90% olması;
  • ADA Universiteti tərəfindən daxili müsahibə mərhələsinin uğurla keçilməsi (müsahibələrin ADA Universitetinin müəllim heyətinin iştirakı ilə 12-13 avqust tarixlərində keçirilməsi nəzərdə tutulur).

Maraqlanan namizədlər bachelors@ada.edu.az poçtuna yaza bilərlər.