Dövlət İmtahan Mərkəzi

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlərin test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

29 Oktyabr 2024 11:55

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən şəxslər üçün noyabrın 3-də imtahan keçirəcək.

İmtahanda iştirak edəcək şəxslər  “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.