Dövlət İmtahan Mərkəzi
Azərbaycan dili, ingilis dili və informatika fənləri üzrə hazırlıq kursu iştirakçılarının nəzərinə!
8 Yanvar 2023 22:56
Hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan dili, ingilis dili və informatika fənləri üzrə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kurslarının bugünkü məşğələləri əvvəlcədən nəzərdə tutulan vaxtda onlayn keçiriləcək. İştirakçıların müvafiq vatsap qruplarına link göndəriləcək.
