Dövlət İmtahan Mərkəzi

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar olaraq şimal bölgəsi üzrə dövlət qulluqçuları üçün təşkil olunan təlimlər başa çatıb

4 Sentyabr 2023 05:18

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022 – 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir.

28 avqust - 1 sentyabr tarixlərində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik”; “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”, həmçinin “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi” mövzularında dövlət qulluqçularının və icra hakimiyyətinin nümayəndəlirinin iştirakı ilə növbəti təlimlər baş tutub.

Təlimlər zamanı mövzular çərçivəsində müvafiq məlumatlar verilib, müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, təlimlər digər şəhər və rayonlarda ilin sonunadək davam edəcək.