Dövlət İmtahan Mərkəzi

Azərbaycan Rəssamlıq Akademiyasında Təsviri sənət istiqamətinə aid 10, 11, 12-ci qabiliyyət imtahanı komissiyaları üzrə rəsm fənnindən imtahan verən abituriyentlərin nəzərinə!

12 İyul 2026 12:15

8, 9, 10, 11 və 13 iyul 2026-cı il tarixlərində Təsviri sənət istiqamətinin 10 (rəngkarlıq), 11 (qrafika) və 12-ci (heykəltaraşlıq) komissiyaları üzrə rəsm fənnindən Azərbaycan Rəssamlıq Akademiyasında  keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya komissiyası təşkil ediləcək. Apellyasiya komissiyası 14 iyul  2026-ci il tarixində  saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

 Tarix

Vaxt

 Komissiyanın nömrəsi

 Fənn

 Ünvan

14.07.2026

09:00-13:00

10 - rəngkarlıq

12 - heykəltaraşlıq

rəsm

Azərbaycan Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24

14.07.2026

13:30-17:00

11 - qrafika

 

rəsm

Azərbaycan Rəsamlıq Akademiyası, Heydər Əliyev prospekti 24

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli  və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.