Dövlət İmtahan Mərkəzi

Beynəlxalq əməkdaşlıq şöbəsində məsləhətçi vəzifəsi üzrə vakansiya elan olunub

6 Fevral 2025 16:57

Struktur bölmə: Beynəlxalq əməkdaşlıq şöbəsi

Struktur vahid:  Beynəlxalq layihələrlə iş sektoru

Vəzifənin adı: məsləhətçi

Qulluq funksiyaları:

  • Mərkəzin strateji hədəflərinin müəyyən edilməsi və fəaliyyət planının layihəsinin hazırlanmasında iştirak edilməsi;
  • Mərkəzin xidmətlərinin keyfiyyətinin artırılması və xidmət sahələrinin genişləndirilməsi ilə bağlı yeni strateji təşəbbüslərin irəli sürülməsi;
  • Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq beynəlxalq təcrübənin araşdırılması, qabaqcıl beynəlxalq təşkilatlarla müvafiq sahələrdə əməkdaşlıq üzrə təkliflərin hazırlanması;
  • Müvafiq məlumat bazası əsasında təhsilin qiymətləndirilməsi, təhsilin idarəedilməsi və strateji inkişaf sahələrində elmi cəhətdən əsaslandırılmış, statistik analizlərə və beynəlxalq təcrübəyə əsaslanan tədqiqat layihələrinin hazırlanmasında iştirak edilməsi;
  • Tədqiqat layihələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunmasının koordinasiyası;
  • Rəqəmsal inkişaf və innovasiya ilə bağlı konsepsiyaların, dövlət proqramlarının, strategiyaların və digər hüquqi aktların hazırlanmasında iştirak edilməsi;
  • Mərkəzin rəqəmsal inkişaf və innovasiya istiqamətində müvafiq işlərin icra edilməsi və dövlət orqanlarının birgə işçi qrupunda iştirak etmə və koordinasiyası;
  • Mərkəzinin xidmət və məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması və qlobal miqyasda tanınması istiqamətində strateji tədbirlərin həyata keçirilməsi;
  • Mərkəzin fəaliyyəti ilə əlaqədar tədbirlərin (konfrans, seminar, iclas, görüş, təqdimat mərasimi, sərgi, rəsmi və işgüzar ziyafətlər və s.) təşkili və bu tədbirlərdə iştirak edilməsi;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə, sorğulara və məktublara qanunvericiliyə uyğun olaraq baxılması və cavablandırılması;
  • Xarici ezamiyyələrlə bağlı müvafiq prosedurların (bilet, viza, sığorta və digər məsələlər üzrə işlərin) həyata keçirilməsində iştirak edilməsi;
  • Fəaliyyət istiqamətinə uyğun olaraq sektor üzrə şöbənin iş planının və görülmüş işlər haqqında dövrlər üzrə hesabatların hazırlanmasında iştirak edilməsi;
  • Mərkəzin daxili nizam-intizam qaydalarına, həmçinin əmək və icra intizamına riayət edilməsi;
  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
  • Rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

Təhsilə dair tələblər:  İqtisadiyyat və idarəetmə, humanitar və sosial, təhsil ixtisas qrupları üzrə ali təhsil

İş stajına dair tələbi:  Tələb müəyyən edilmir

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (orta səviyyədə)

Xarici dil biliklərinə dair tələblər:  Rus dili-B2; İngilis dili-B2

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində “Beynəlxalq layihələrlə iş sektorunda məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 27 fevral 2025-ci il tarixinədək göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.