Dövlət İmtahan Mərkəzi

Beynəlxalq imtahanlara dair həftəlik hesabat

13 Avqust 2020 04:31

Dövlət İmtahan Mərkəzində 4 avqust tarixində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan eyni zamanda informasiya texnologiyaları (İT) və daxili audit sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:   

-  Oracle korporasiyasının “Java SE 8 Programmer I” (1Z0-808) sertifikat imtahanı;

-  Institute of Internal Auditors təşkilatının “CIA Exam Part Two: Practice of Internal Auditing” (IIA--CIA--Part2) sertifikat imtahanı.

Hər imtahanda bir nəfər olmaqla ümumilikdə 2 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

DİM-də verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

İmtahanın adı

Gün

Saat

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan

Hər həftənin I, II, III, V günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

“Pearson Test of English Academic” (PTE Academic)

Hər həftənin IV günləri

Səhər növbəsi: 10:00–13:00

Günorta növbəsi: 15:00-18:00

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.