Dövlət İmtahan Mərkəzi

Beynəlxalq imtahanlara dair həftəlik hesabat

31 Avqust 2020 03:54

Dövlət İmtahan Mərkəzində  (DİM) 24-28 avqust tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan layihələrin idarə edilməsi, daxili audit və çirkli pulların yuyulmasına qarşı mübarizə sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

-  PMI - Project Management Institute təşkilatının “Project Management Professional (PMP)®” sertifikat imtahanı;

-  Institute of Internal Auditors təşkilatının “CIA Exam Part One: Essentials of Internal Auditing” (IIA--CIA--Part1) sertifikat imtahanı;

-   ACAMS (Association of Certified Anti-Money Laundering Specialists) təşkilatının CAMS 6 English sertifikat imtahanı.

Hər imtahanda bir nəfər olmaqla ümumilikdə 3 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

DİM-də verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

İmtahanın adı

Gün

Saat

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan

Hər həftənin I, II, III, V günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

“Pearson Test of English Academic” (PTE Academic)

Hər həftənin IV günləri

Səhər növbəsi: 10:00–13:00

Günorta növbəsi: 15:00-18:00

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.