Dövlət İmtahan Mərkəzi

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib

6 Oktyabr 2022 03:26

Gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün istifadəyə verilmiş, təkmilləşdirilmiş 7 və 10-cu sinif dərsliklərinin təhlili olub.

Dərsliklərdəki yeniliklər, dəyişikliklər təhlil edilib.

2023-cü ildə qəbul imtahanlarında dərsliklərdəki yeniliklər nəzərə alınmayacaq. Çünki imtahan verəcək abituriyentlər tədris prosesində bu dərsliklərin əvvəlki illərdə çap olunmuş nəşlərini istifadə ediblər.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.