Dövlət İmtahan Mərkəzi

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib

13 Oktyabr 2022 04:24

Gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının müzakirəsi olub.

Müzakirələrdən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərə baxılıb və həmin dərsliklərin 2022-ci il nəşrləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilərək fərqlər müəyyən olunub.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

20 oktyabr 2022-ci il tarixində müzakirələr davam etdiriləcək.