Dövlət İmtahan Mərkəzi

Bu gün Naxçıvan MR-nın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib

11 May 2025 13:30

İmtahan kompüterlər vasitəsilə elektron formada Naxçıvan şəhər 4 saylı tam orta məktəbdə təşkil edilib.

İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.

İmtahanda 13 nəfər iştirak edib. 55  və dаhа çох bаl tоplаmış 10 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.