Dövlət İmtahan Mərkəzi

“Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası” mövzusunda təlim təşkil olunub

17 Noyabr 2025 17:28

17 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun əməkdaşı Sevinc Məmmədova tərəfindən Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün “Cəmiyyətə xidmət psixologiyası: Dövlət qulluqçusunun daxili motivasiyası” mövzusunda təlim keçirilib.

Təlim zamanı iştirakçılar xidmətin mənəvi dəyərlərini, işdə daxili enerjinin rolunu və motivasiyanın azalmasının nəticələrini müzakirə ediblər. Təlimdə “özünü müəyyənləşdirmə” və “ictimai xidmət motivasiyası” anlayışları əsasında praktiki tapşırıqlar yerinə yetirilib, həmçinin dövlət qulluqçularında xidmət ruhunu, məsuliyyəti və vətəndaşlara yönəlik davranışı gücləndirmək, motivasiyanı qoruma yolları və dövlət xidmətində sağlam emosional mühitin əhəmiyyəti vurğulanıb.

Sonda  iştirakçıların sualları cavablandırılıb.