Dövlət İmtahan Mərkəzi

“Daxili nəzarət sisteminin həyata keçirilməsi” üzrə pilot layihənin növbəti onlayn təlimi keçirilib

3 Dekabr 2021 03:43

2 dekabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT/OECD) ilə birgə SIGMA (Rəhbərlik və idarəetmədə təkmilləşdirməyə dəstək) proqramı çərçivəsində hazırlanan “Daxili nəzarət sisteminin həyata keçirilməsi” üzrə pilot layihənin növbəti onlayn təlimi təşkil edilib.

Təlim iştirakçıları SIGMA-nın təcrübəli eksperti olan Andra Larin tərəfindən risklərin müəyyən edilməsi mərhələsindən sonra risklərin idarə edilməsi mərhələsinin əsas komponentlərini əhatə edib və onların DİM-də tətbiqini izah edib. Risklərin idarə edilməsi mərhələsinin əsas addımları arasında aşağıdakılar qeyd edilib:

  • Risklərin qiymətləndirilməsi;
  • Risklərin prioritetləşdirilməsi;
  • Risklərin azaldılması və idarə olunması;
  • Risklərin monitorinqi.

İştirakçılar üçün ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə xidməti təmin edilib.

Xatırladaq ki, pilot layihənin məqsədi ilkin olaraq DİM-də daxili nəzarət mexanizminin formalaşdırılması və təkmilləşdirilməsi və digər dövlət orqanlarında daxili nəzarət mexanizminin qurulmasına yardım göstərməkdir.