Dövlət İmtahan Mərkəzi
Dekabr ayının 14-də Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib
15 Dekabr 2019 21:08
İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi DİM-də, özünün qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.
İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaqdır.
