Dövlət İmtahan Mərkəzi

Dekabrın 22-də Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib

22 Dekabr 2023 04:02

İmtahan 22 dekabr 2023-cü il tarixində DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 4 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər.

İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaqdır.