Dövlət İmtahan Mərkəzi
Dekorativ tətbiqi sənət ixtisası üzrə rəngkarlıq imtahanı keçirilib
7 İyul 2023 04:00
7 iyun 2023-cü il tarixində 167 saylı tam orta məktəbdə təsviri sənət istiqamətinə aid 15-ci komissiya üzrə rəsm fənnindən müsbət qiymət almış abituriyentlər rəngkarlıq fənni üzrə qabiliyyət imtahanında iştirak ediblər.
İmtahan iştirakçıları A2 formatlı kağız üzərində sulu boya ilə məişət əşyalarından ibarət naturadan natürmort çəkiblər.
